Hidrokuler soyuducu kameraya müxtəlif meyvı-tərəvəzlərin eyni zamanda və ya partiyalarla yüklənməsini həyata keçirməyə imkan verir, proses istiliyin kənarlaşdırılmasının yüksək sürəti və stabil temperatur rejiminin qorunub saxlanması ilə xarakterizə olunur. Rejim seçimi hər bir meyvə və ya tərəvəzin yığımdan sonrakı yetişmə sürətinə əsaslanır.
Hidrosoyutma qeyri-üzvi fosforun toplanmasını azaldır, protopektinin, boyaq maddələrinin, üzvi turşuların miqdarının azalmasını yubadır ki, bu da toxumaların qocalmasını (yetişməsini) gecikdirir. Qocalmanın (yetişmənin) yubanması prosesi və patogen mikroorqanizmlərə qarşı davamlılığın stabilləşdirilməsi istər uzun müddət saxlanılan, istərsə də saxlanma müddəti qısa olan məhsullar üçün vacibdir. Bu soyudulan məhsulun istehlak xüsusiyyatlarını qoruyub saxlamağa imkan verir.
Meyvə - tərəvəzlərin yığılması ilə onların ilkin soyudulma sisteminə yüklənməsi arasında olan zaman kəsmiyi, soyudulan məhsulun keyfiyyətinə mühüm təsir göstərir. Əksər bitkilər üçün şoklamaya, optimal başlanma vaxtı 1 saatdan 4 saatadək təşkil edir, bu zaman kəsmiyinin artdığı halda, məhsulun əhəmiyyətli çəki itkisi, faydalı vitaminlər və mikroelementlərin miqdarının azalması, patogen orqanizmlərin artması baş verir.
Meyvə - tərəvəzlərin intensiv soyudulması üçün hidrokuler patogen mikroorqanizmlərə və çəki itkisinə qarşı davamlılığı artırır. Suya antiseptiklər əlavə edilə bilər.