MEYVO-TARAVEZLARIN UZUN MÜDDATLi SAXLANMA TEXNOLOGIYALARI Va SOYUQ ZeNCiRiN TOSKiLi

İlkin soyudulma texnologiyası hazırlıq mərhələsidir. Ondan istənilən sonrakı saxlanma texnologiyası zamanı istifadə etməklə, meyvə-tərəvəzlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq olar. Saxlanma zamanı təkcə temperatur deyil, onun nail olunduğu dövr də əhəmiyyətli rol oynayır. Bəzi meyvə və tərəvəzlər üçün bu dövr (yığım anından sonra) 4-6 saat təşkil edir, digərləri üçün isə 2-3 gün ola bilər. Çox gecikmiş şok soyutma, meyvə-tərəvəz məhsullarının saxlanma müddətini azaltmaqla yanaşı, həm də onların lətindəki toxumaların zədələnməsinə səbəb olur.

Ləti zədələnmiş meyvələr soyuducu anbardan satış xəttinə göndərildikdən dərhal sonra sürətlə sulanır və öz əmtəə görüntüsünü itirərək istehlak üçün yararsız hala düşür. Məhz bunun nəticəsidir ki, hələ yığım mövsümü davam etdiyinə baxmayaraq, marketlərimizdə satılan meyvələrin keyfiyyətsizliyini müşahidə edirik.

Meyvələrin ilkin soyudulması hər bir növün xüsusiyyətlərinə uyğun olaraq təşkil olunmalıdır. Bu soyudulma (şoklama) prosesi qısa müddət ərzində (5 dəqiqədən 1 saata qədər) həyata keçirilməlidir.

Məsələ burasındadır ki, hər bir canlıda olduğu kimi, meyvələrdə də toxumunu qoruma meyli mövcuddur. Biz meyvələri şoklama yolu ilə deyil, soyuducu kameralarda bir neçə gün ərzində saxlanma temperaturuna qədər soyutmağa çalışdığımız halda, meyvələrin səthinə soyuq dəydiyi andan etibarən onlar bunu toxum üçün təhlükə olaraq qəbul edir və toxumunu qorumaq üçün biokimyəvi prosesləri 10-12 dəfə intensivləşdirərək, tərkibində olan faydalı elementləri (mineralları, vitaminləri, şəkəri) toxumuna ötürməyə çalışır.

Biokimyəvi prosesin başlanması meyvələrin öz rəngini dəyişməsi ilə müşayiət olunur. Bu zaman meyvələrin tərkibindəki kif bakteriyaları və maya bakteriyaları fəallaşır, meyvələrin lətindəki toxumaları zədələyir, ləti yumşaldır və bu prosesin gedişatını təmin edir.

Məhz buna görə, uzunmüddətli saxlanma zamanı əsas qayda: Hər bir meyvə və ya tərəvəz uzunmüddətli (bir ilə qədər) saxlanma üçün ilkin soyudulmaya məruz qalmalı (temperatur xarakteristikalarına əsasən) və temperatur rejiminə uyğun tənzimlənmiş soyutma kameralarına yerləşdirilməlidir. Bu zaman meyvə-tərəvəzlərdə heç bir zədələnmə baş vermir və onlar sağlam şəkildə öz dadını, tamını və əmtəə görüntüsünü qoruyub saxlayırlar. Bu zaman meyvə-tərəvəzlərin satış xəttində də bir müddət sağlam qalması təmin olunur.

Müxtəlif institutların çoxillik tədqiqatları əsasında meyvə-tərəvəz məhsullarının geniş çeşidlərinin bilavasitə yığım yerlərində dərildikdən sonra 4-6 saatdan çox olmayaraq ilkin soyudulması avadanlığı və texnologiyası işlənib hazırlanıb.

Bu, bütün inkişaf etmiş (son bir neçə ildə isə həm də inkişaf etməmiş) ölkələr tərəfindən kifayət qədər geniş tətbiq edilir. İlkin soyudulmanın geniş tətbiqi ilə albalı, gilas, alça, gavalı, ərik, şaftalı, armud, üzüm və bir çox digər tez korlanan meyvələrin kifayət qədər uzunmüddətli saxlanması və uzaq məsafələrə daşınması mümkün olmuşdur.

Bu baxımdan Hollandiyanın təcrübəsi diqqətə layiqdir. Hidrokuler vasitəsilə hidrosoyutmanın və eləcə də aerokuler - hava ilə soyutmanın tətbiqindən sonra meyvə-tərəvəzlər uzun müddət ərzində saxlanılır. Texnologiya meyvə-tərəvəzlərin çöl şəraitində yığımından sonra qısa müddətdə, eləcə də tədarük və emal müəssisələrinin xammal meydançalarında soyudulmasını nəzərdə tutur. Bilavasitə çöldə məhsulun ilkin soyudulma və qısamüddətli saxlanma rejimləri, yüklənməsi, sıra ilə qalaqlanması, boşaldılması, keyfiyyətə nəzarət üsulları reglamentləşdirilir.

10-15 dəqiqə ərzində zəruri soyudulma temperaturunun əldə olunması təzə yığılmış məhsulları uzun müddət saxlamağa imkan verir.

Bir neçə ilkin soyudulma üsulu mövcuddur:

  • Hidrokuler suvarma (tunel sistemi);
  • Hidro - suya salınma (yalnız bəzi meyvə və tərəvəzlər üçün münasibdir);
  • Hava sistemi (daha çox sudan qorxan meyvə-tərəvəzlər üçün tətbiq edilir);
  • Vakum - buxarlandırıcı hidrosoyutma;
  • Qarışıq hidrosoyutma üsulu.

Lakin bütün bu üsullar arasında dünya fermerləri ən çox hidrokuler tunel tipli suvarma yolu ilə, eləcə də hava ilə soyutma sisteminə üstünlük verirlər.

Suvarma yolu ilə soyutma sistemi nisbətən təzə (2000-ci illərin sonlarında) yaranmış və bütün fermerlərin sevgisini çox tez bir zamanda qazanmışdır. Bu cür soyutma sistemində meyvə suyu canına çəkir, əmtəə görünüşünü bərpa edir. Həmçinin bu prosesdə suya meyvəni zərərvericilərdən müdafiə edən ekoloji antiseptiklər əlavə edilərək, bununla da meyvənin maksimal qorunub saxlanmasını təmin edilir.

Müxtəlif bitkilər üçün müəyyən edilmiş ilkin soyutma temperaturlarının göstəriciləri cədvəl 1-də verilib.

Cədvəl 1: Meyvə-tərəvəz məhsullarının ilkin soyudulması üçün zəruri olan temperatur

Bitkilər Temperatur Saxlama müddəti
Albalı, alça, ərik, feyxoa 3 Saxlanma müddətini 60-90 gün uzadır
Nar 5-6 5-6 ay
Şaftalı 5 30-50 gün
Gavalı, alma 6-8 5-6 ay
Üzüm, mərsin, qaragile, moruq, böyürtkən 8 (10-12 saat), daha sonra 0-2 Nəticədə korlanma nəticəsində itkilər 4 dəfə azalır və standart məhsul buraxılışı artır. 60-90 gün.
Çiyələk, bağ çiyələyi 4-5 Saxlanma müddətini 25-30 günədək artırır
Armud, göy lobya 5 60-90 gün
Turp, yaşıl noxud, cəfəri, qulançar 0-1 20, 10, 8, 15 sutka (müvafiq olaraq)
Qonur və çəhrayı pomidor 15 40-70 gün
Qırmızı pomidor 8 25-50 gün
Balqabaq 10-13 3 ay

Bir çox ölkələrdə (əsasən Avropada) ilkin soyudulma artıq uzun müddət istifadə olunur. Üsullar həcmlər xammalın sonrakı istifadəsinin spesifikasıyasndan asılıdır. Bu satışdan öncə qısamüddətli saxlanma üçün aşağı yüklənmə sıxlığına malik soyuducu kameralar ola bilər. Son illər əsasən 6-8 metr uzunluqda tunel tipli hidrokulerlər tətbiq edilir ki, burada da yeşiklərə qablaşdırılmış, konveyer lenti ilə nəql edilən xammal tunelin tavanına bərkidilmiş xüsusi qurğulardan buzlu su ilə suvarılır. Bu ən sürətli və kifayət qədər effektiv soyudulmadır, və demək olar ki, kifayət qədər qənaətlidir.

Bu sistemin üstünlüyü aşkardır.

Hava ilə soyutma sistemi hidrosoyutmaya nisbətən kifayət qədər mürəkkəb bir texnoloji avadanlıqdır və burada 18-36 metr uzunluğunda tunnel tipli konveyer üzərində meyvələr, paletlənmiş şəkildə hərəkət edərək, tunnelin sonunda tayin edilmiş temperatura qədər soyudulur. Bir sıra Avropa ölkəsində saatda 10-20 ton soyutma gücünə malik «Air cooler» (Hava ilə soyutma sistemi) istehsal edirlər, lakin qiymət baxımından Azərbaycan üçün o qədər əlverişli deyil, Kifayət qədər baha qiymətə təklif olunan bu avadanlıqlar (bəzi hallarda yerində bir million dollara təklif olunur), ölkədən valyuta ixracını çoxaldır və iqtisadi göstəricilərə mənfi təsir göstərir.

Sevindirici hal budur ki, tam Azərbaycan şirkəti olan, «AGROSYSTEMS MMC», yerli mühəndislərin iştirakı ilə, həm Hidrokuler və həm də, Airkuler istehsal edir. Qeyd etmək lazımdır ki, bir çox parametrlərinə görə, həm də, qiymət baxımından, öz xarici analoqlarından üstündür.

«AGROSYSTEMS MMC» şirkətinin Azərbaycanda istehsal etdiyi Hidrokulerin məhsuldarlığı satışlarını Dövlət Subsidiya Proqramması çərçivəsində aparır ki, bu da, fermerlərimizə qiymətin 20%-ni ödəməklə, bu avadanlığa sahib ola bilmək imkanları yaradır.