Məlumat lazımdır?

Ofisimizə zəng edin və menecerlərimiz sizə yardımçı olacaqlar.

+994504441701

AGROMAX - 10000 TUN

İstehsal etdiyimiz hidrokulerlərdə iş rejimində suyun hərarəti stabil olaraq, 0,5-1 dərəcə arasında qalır. Suyun paylanma sistemi unikal bir seçimlə ərsəyə gəlmişdir və tunelin əvvəlindən sonuna qədər hər bir meyvənin üzərinə fasiləsiz su axmasına zəmanətimiz var. Filtr sistemi, yalnız su dəyişdirilən zaman (3-4 gündən bir) yuyulur. Səbətlərdən meyvələrin vannaya tökülməməsi üçün əlavə filtr sistemi nəzərdə tutulmuşdur. Hidrokulerin su dəyə biləcək bütün hissələri qida üçün nəzərdə tutulan paslanmaz poladdan hazırlanır. Konveyer xətti sürət qutusu (invektor) ilə təchiz olunur.

Hidrokuleri həm stasionar istifadə etmək olar, həm də platforma vasitəsi ilə enerji mənbəyi olan fərqli yerlərdə işlətmək mümkündür.

Saxlanılması üçün şoklanması vacİb olan meyvə və tərəvəzlər

  • Gilas və gilas qrupuna aid olan bütün giləmeyvələr
  • Ərik, şaftalı, nektarin, feyxua
  • Gavalı və gavalı qrupuna aid olan meyvələr
  • Alma, alıça, armud, xurma
  • Çiyələk, qarağat və onlara aid bütün giləmeyvələr
  • Kök, sparja, brokli, bryusel kələmi, rəngli kələm, selderey
  • Xiyar, badımcan, petruşka, qorox, ispanaq
  • Salat, göy-göyərti, luk porey
Texnİk məlumatlar üçün bizimlə əlaqə saxlayın və ya təqdimatı yükləyin